Bələdiyyə üzvü və qulluqçuları olan namizədlərlə görüş keçirilmişdir
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə seçki marafonunda iştirak edən siyasi partiya və bitərəf namizədləri, QHT sektoru və bələdiyyələrdə fəaliyyyət göstərən namizərlər, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatlarla görüşlər keçirir.
Bu gün “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçiləri Vüqar Tofiqli, Zaur İbrahimli və Ramil İskəndərli bələdiyyə üzvü və qulluqçuları olan namizədlərlə görüş keçirmişlər. Görüşdə Səbail, M. Ə. Rəsulzadı, Yasamal, Bİnəqədi, Nəsimi, Ramana və digər bələdiyyələrdən olan 20-yədək üzv və qulluqçular iştirak etmişlər.
Görüş zamanı seçkiqabağı təşviqat proseslərində namizədlərin fəaliyyəti, əhali qrupları ilə görüşlər və bir sıra maraq kəsb edən məsələlər müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.
Ümumulikdə, seçki marafonunda iştirak edən namizədlərdən 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirməkdədir. Koalisiya “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB, “Hüquqi Təhlil və Araşdırmalar İB, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB tərəfindən yaradılıb.
Rəylər
0 Rəy